OnkoDiyetologiya 

Məktəbi

Qeydiyyatdan keçin və biz sizinlə əlaqə saxlayıb, daha ətraflı məlumat verəсəyik!

xərçəng xəstələri üçün müalicəvi pəhriz

Onkoloji xəstəliklər üçün düzgün təyin olunmuş qidalanma müalicənin nəticələrini yaxşılaşdırır və bədənin immun sistemini bərpa edir. Bu, onkoloji xəstələrlə işləmək üçün ən vacib amillərdən biridir.

Qidalanma korreksiyası xərçəng xəstəsinə orqanizmi müalicə kursuna hazırlamağa, müalicə zamanı və sonrakı mərhələdə yan təsirlərdən qorunmağa, müalicə kursunu tam başa çatdırmağa, xəstəxanada qalma müddətini azaltmağa və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.

Enteral və parenteral qidalanma bədxassəli neoplazmaların müalicəsi üçün sübut olunmuş bir üsuldur. Xərçəng xəstələrinin müalicəsində bu metodun mövcud imkanlarını və potensialını aydın şəkildə başa düşmək vacibdir.

Bütün dünyada xərçəng xəstəliyinin artımı müşahidə olunur. Hazırda onkoloji xəstəliklərdən ölüm halları ürək-damar xəstəliklərindən sonra ikinci yerdədir. Onkoloji xəstəliklərin artması artıq dünyəvi bir problemdir.

 kursun təsviri

 “OnkoDiyetologiya Məktəbi” təhsil layihəsi Milli Onkologiya Mərkəzi və Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) tərəfindən birgə həyata keçirilir.

Bizim məqsədimiz qidalanma mütəxəssislərini xərçəng xəstələri ilə işləməyə hazırlamaqdır. Xərçəngin inkişafı və müalicə spesifikliyi belə xəstələrlə işləyən diyetoloqların xüsusi bilik və bacarıqlara malik olmasını tələb edir.

Xərçəng xəstəsi üçün qidalanmanın əhəmiyyəti çox böyükdür. Xərçəng xəstələri trofik vəziyyətdən, həmçinin əsas onkoloji diaqnozdan əlavə, digər xəstəliklərin olmasından asılı olaraq necə qidalanmalıdırlar?

Bu bacarıqlar üzrə kompleks təlim “Onko-diyetologiya Məktəbi” çərçivəsində həyata keçirilir. Kursa mühazirəçi qismində Azərbaycan, Rusiya və Türkiyədən çox təcrübəli mütəxəssislər cəlb olunub.

Kursda xərçəng xəstələrinin qidalanmasına ümumi və xüsusi yanaşmalar, həmçinin  enteral və parenteral qidalanmanın aspektləri, xərçəngin müxtəlif növləri üçün menyu hazırlama prinsipləri və başqa mövzular üzrə dərslər keçiriləcək. Çoxlu praktiki işlər aparılacaq.

Kurs həkimlər üçün nəzərdə tutulub. Dərslər həm onlayn, həm də canlı keçirilir. Təlimin sonunda iştirakçılar sertifikat alacaqlar.

Qeydiyyatdan keçin və biz sizinlə əlaqə saxlayıb, daha ətraflı məlumat verəсəyik!

vebinarın videoyazısı

təlimçilər

Yekta Çapalı

Onkoloji Diyetisyeni

Prof. Dr. Valeriy Luft

Tibb elmləri doktoru, Diyetoloq, Qastroenteroloq, Fizioterapevt, Parenteral və Enteral Qidalanma üzrə Regional Şimal-Qərb Assosiasiyasının prezidenti

Dr. İradə Abdullayeva

Kardioloq, Piylənmə müalicəsi üzrə mütəxəssis, ANDOP təlimçisi

Prof. Dr. Ilya Leyderman

Tibb elmləri doktoru, "RF SN Ural Dövlət Tibb Universiteti" Anesteziologiya, Reanimasiya və Transfuziologiya kafedrasının professoru

Dr. Emil Hidayətli

Qida mütəxəssisi, Piylənmə müalicəsi üzrə mütəxəssis, ANDOP həmtəsisçi və baş təlimçi

Dr. Nərmin Novruzova

Cərrah-qastroenteroloq, Piylənmə müalicəsi üzrə mütəxəssis, ANDOP təlimçisi

Dr. Gülsüm Hüseynova

Pediatr, Piylənmə müalicəsi üzrə mütəxəssis, ANDOP təlimçisi

PhD. Dr. Olqa Obuxova

fizioterapevt, N. Blokhin adına Milli Onkologiya Tibbi Tədqiqat Mərkəzinin Tibbi Reabilitasiya şöbəsinin müdiri

 Dr. İrina Korovina

Diyetoloq, D. Roqaçev adına Uşaq Hematologiyası, Onkologiyası və İmmunologiyası üzrə Milli Tibbi Tədqiqat Mərkəzi

Sizi “OnkoDiyetologiya Məktəbi” çərçivəsində keçiriləcək kursda gözləyirik.

Ətraflı məlumat üçün əlaqə saxlayın:

(+994 51) 233 25 24

Title

Text